AZ   |   RU
Keir Starmer rəsmi olaraq Britaniyanın baş naziri oldu
 
Leyboristlər Partiyasının rəhbəri Keir Starmer Kral III Çarlzla Bukingem sarayında rəsmi olaraq Böyük Britaniyanın 58-ci baş naziri olub.


Missiya.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.


Bundan əvvəl Böyük Britaniyanın baş naziri və ölkənin Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak parlament seçkilərinin nəticələrinə görə baş nazir postunu tərk etdiyini təsdiqləyib.

Qeyd edək ki, bir gün əvvəl Britaniyada parlament seçkiləri keçirilib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-07-2024, 17:38