AZ   |   RU
Rusiyadan Ukraynaya dəhşətli raket zərbəsi - “İsgəndər-M” Kiyevə ağır itkilər yaşatdı

Rusiya Müdafiə Nazirliyi Poltava vilayətindəki Mirqorod aerodromunda Ukrayna Silahlı Qüvvələrinin (AFU) təyyarələrinin məhv edildiyi barədə məlumat yayıb. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, raket zərbəsi Rusiya Silahlı Qüvvələrinin “İsgəndər-M” taktiki raket kompleksinin ekipajları tərəfindən həyata keçirilib. Ukraynada bu məlumat təsdiqlənib. Zərbə nəticəsində Ukraynaya məxsus 5 Su-27 təyyarəsi məhv edilib, 25 hərbçi yaralanıb. Məlumatda həmçinin hərbi aerodromun infrastrukturuna da ciddi ziyan dəydiyi qeyd olunur. 


Elcan
Missiya.Az



  • 2-07-2024, 16:07