AZ   |   RU
Türkiyədə erməni yalanlarını təbliğ edən radionun lisenziyası ləğv edilib
 
Türkiyə Radio və Televiziya Ali Şurası Ermənistanın “Açıq Radyo” radiostansiyasının yayım lisenziyasını ləğv edib.

Missiya.Az xəbər verir ki, bu barədə radiostansiyanın saytı məlumat yayıb.


“Açıq Radyo” hələ rəsmi bildiriş almayıb, lakin onlara şuranın iyulun 3-də qəbul etdiyi qərarla bağlı qeyri-rəsmi məlumat verilib.


Mayın 22-də radiostansiya 189 min lirə (təxminən 5,4 min avro) cərimələnib və yayımını 5 gün müddətinə dayandırıb. 


Lisenziyanın ləğv səbəbi radionun cəmiyyəti nifrət və düşmənçiliyə təhrikinə görə RTÜK tərəfindən bundan əvvəl verilən beş günlük proqramı dayandırma cəzasına əməl etməməsi, yayımı davam etdirməsidir.


Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 4-07-2024, 16:13