AZ   |   RU
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək
 
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək. 

Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, gündəliyə parlamentin yaz sessiyasında qəbul edə bilmədiyi qanun layihələri daxil edilib. 

Onların arasında “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi də var ki, ona əsasən, Nazirlər Kabineti özəl sektorla birgə həyata keçirilən investisiya proqramlarını təsdiq etmək hüququna malikdir.


Bundan başqa, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsinə də baxılacaq.


Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 4-07-2024, 15:24