AZ   |   RU
İsrail ordusu Qəzzada dinc əhalinin sığındığı məktəbi bombalayıb: 5 nəfər ölüb, 15 nəfər yaralanıb

 

İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərqində mülki şəxslərin sığındığı məktəbi hədəf alması nəticəsində 5 fələstinli həyatını itirib. 


Missiya.Az xəbər verir ki, bu barədə Mülki Müdafiə qrupları məlumat yayıb.


Hücum nəticəsində 15 nəfər yaralanıb.


 Açıqlamada 5 nəfərin meyitinin bombalanan məktəbin dağıntıları altından çıxarıldığı qeyd edilib. Ölən fələstinlilərin və yaralıların cəsədləri Əl-Ehli Baptist Xəstəxanasına çatdırılıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-07-2024, 17:16