AZ   |   RU
Ceyhun Musaoğluna vəzifə verildi- Köhnə "Azərsu"yun ictimaiyyətlə əlaqələri ona həvalə olundu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan köhnə adı Azərsu ASC olan hazırkı İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri təyin olunub. 

Qurumdan Missiya.Az-a verilən məlumata görə, bu vəzifəyə (Vətəndaş müraciətlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri ) tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) təyinat alıb. Müvafiq əmr bu gün imzalanıb.

Qeyd edək ki, buna qədər sözügedən şöbəyə Anar Cəbrayıllı rəhbərlik edirdi.




  • 4-07-2024, 14:40