AZ   |   RU
ŞƏT-ə gələn il Çin sədrlik edəcək

 

Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Çinə keçir. 

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtında imzalanmış Astana bəyannaməsində bildirib.

Məlumata görə, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2025-ci ildə Çində keçiriləcək. 

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Bu cümə axşamı, iyulun 4-də Belarus da təşkilata rəsmi qəbul edilib. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-07-2024, 14:41