AZ   |   RU
Sabah İranda prezident seçkilərinin ikinci turu keçiriləcək

 

Sabah İranda 14-cü prezident seçkilərinin ikinci turu keçiriləcək. 


Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Təbriz deputatı və keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar namizəd Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Səid Cəlili yarışacaq. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 4-07-2024, 15:49