AZ   |   RU
Qəzzada ölənlərin sayı 37 min 925-ə yüksəlib

 

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 25 nəfər artaraq 37 min 925-ə çatıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.


İsrailin Qəzza zolağına 270 gündür hücumları ilə bağlı məlumat verilib. 


Qeyd olunub ki, İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda  yaralıların sayı isə 87 min 141-ə yüksəlib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-07-2024, 15:54