AZ   |   RU
Co Baydeni seçkidə o əvəzləyə bilər


ABŞ-nin vitse-prezidenti Kamala Harris siyasi zəifliyinə baxmayaraq, hazırkı dövlət başçısı Co Baydenin seçki yarışından geri çəkiləcəyi təqdirdə demokrat Partiyasından onu əvəzləyəcək ən çox ehtimal olunan namizəd hesab olunur.


Missiya.Az xəbər verir ki, bu fikir “The Wall Street Journal” dakı məqalədə qeyd olunur. Məqalədə vurğulanır ki, Harrisin reytinqləri hazırkı prezidentin reytinqi qədər aşağı olsa da, o, qaradərili seçicilər və qadınlar arasında populyar olaraq qalır. Harrisin digər potensial Demokrat namizədlər üzərində də əhəmiyyətli üstünlüyü var. ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. 


Elcan
Missiya.az




  • 2-07-2024, 15:38