AZ   |   RU
BMT Pakistanı keçmiş baş nazir İmran Xanı dərhal azad etməyə çağırıb

 

Birləşmiş Millətlər Təşkilatı Pakistanı keçmiş baş nazir İmran Xanı dərhal azad etməyə çağırıb.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, BMT Özbaşına Həbslər üzrə İşçi Qrupu Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada “ixtiyari” saxlanıldığını, bunun beynəlxalq hüququ pozduğunu və Xanın dərhal azadlığa buraxılmalı olduğunu bildirib. 


Məlumatda həbsdə olan Xanın bir an əvvəl azad edilməsi üçün lazımi addımların atılması tələb edilib. 


Bəyanatda beynəlxalq hüquqa uyğun olaraq Xana təzminat ödənilməsi və digər hüquqlarının da ödənilməsi lazım olduğu vurğulanıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az







  • 2-07-2024, 14:36