AZ   |   RU
Son dəqiqə: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırır

Rusiya Ukraynadakı xüsusi əməliyyatı 2024-cü ilin payızında başa çatdıracaq. 


Missiya.Az TASS-a istinadən xəbər verir ki, hərbi əməliyyatların başa çatması üçün əvvəlcədən elan edilmiş mümkün tarixi Baş Qərargahın Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov Birinci Kanalın efirində açıqlayıb. 


Alaudinovun sözlərinə görə, Kiyevdə bir anlayış var ki, silahlı qarşıdurma sona yaxınlaşır.

 İyunun əvvəlində Alaudinov bəyan etmişdi ki, Rusiya 2024-cü ilin sonuna qədər xüsusi hərbi əməliyyatda qələbə əldə edəcək. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinə son qoymağın şərtini açıqlamışdı. Rusiya dövlət başçısı bunun Kiyevə silah tədarükünün dayandırılmasından sonra baş verəcəyini demişdi. 


Elcan
Missiya.Az



  • 2-07-2024, 14:16