AZ   |   RU
Ukraynada hakimiyyəti devirmək istədilər – Qarşısı alındı


Ukrayna Təhlükəsizlik Xidməti  Konstitusiya günündən sonra - iyunun 30-da Kiyevdə  iğtişaşlar hazırlayan bir qrup şəxsi saxlayıb. 


Missiya.Az Ukrayna mediasına istinadən xəbər verir ki, operativ əməliyyatlar nəticəsində dövlət  çevrilişinin qarşısı alınıb.


Bir sıra təxribatlar hazırlayan ictimai “fəallar” qrupunun başında isə ictimai təşkilatın hələlik adı açıqlanmayan həmtəsisçisi dayanıb. Məlumata görə, təşkilat 2015-ci ildən Ukrayna əleyhinə hərəkətləri ilə tanınır.


İnsanları cəlb etmək üçün təxribatçılar Kiyevin mərkəzində guya dinc xarakter daşıyan görüş təşkil etməyi planlaşdırıblar. Belə ki, aksiya iştirakçılarının nədə iştirak etdiklərini təxmin etməsinlər. Çevrilişə cəhdin iştirakçıları daxili və xarici informasiya resursları vasitəsilə Kiyevdəki “iğtişaşlar” haqqında məlumat yaymağı planlaşdırıblar. Bununla da dövlətin daxilində ictimai-siyasi vəziyyəti pozmağa ümid ediblər.


Elcan
Missiya.Az




  • 1-07-2024, 13:05