AZ   |   RU
"Ukraynanın Orbanın atəşkəs təklifini rədd etməsi gözlənilən idi"- Zaxarova

 

"Kiyevin Macarıstanın baş naziri Viktor Orbanın atəşkəs təklifinə reaksiyası gözlənilən idi".


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 


Macarıstanın baş naziri Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında ondan Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlardan əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyi xahiş edib.Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva isə bildirib ki, Kiyev münaqişəni başqa üsullarla həll etməyə çalışacaq. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 3-07-2024, 10:31