AZ   |   RU
Ərdoğan və Putin Astanada bu məsələləri müzakirə edəcəklər


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinlə Qazaxıstanın paytaxtı Astanada keçiriləcək ikitərəfli görüşdə bütün vacib və həssas məsələləri müzakirə edəcəklər”.

Missiya.Az 
“Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib.

Məlumata görə dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələrdən, Suriya-Türkiyə münasibətlərinin normallaşmasından danışacaqlar. Habelə liderlərin qarşılıqlı maraq doğuran digər məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 10:00