AZ   |   RU
Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfər günü məlum olub


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "Report"a ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.




  • 3-07-2024, 12:14