AZ   |   RU
Təhdidlərə qarşı lazımi tədbirləri görməkdən çəkinmirik – Türkiyə XİN


“Ankaranın xarici siyasəti Türkiyə dövlətinin və xalqının maraqlarını təmin etməyə yönəlib. Ölkəmiz vaxtaşırı olaraq milli maraqlar baxımından siyasi kursunu yeniləyir, eyni zamanda, Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması istiqamətində addımlar atmaqdan çəkinmir".

Missiya.Az 
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

Bəyanatda Türkiyənin xarici siyasətinin dövlət və millət maraqları üzərində qurulduğu ifadə olunub və bu anlayışla Türkiyənin güclü olduğu Yaxın Şərqdə sülh, sabitlik və firavanlıq bərqərar etməyi hədəflədiyi qeyd edilib. Habelə vurğulanıb ki, Yaxın Şərq və Suriya siyasətimizlə bağlı irəli sürülən iddialar heç bir analitik keyfiyyət daşımır və hətta təməl tarixi bilgidən belə məhrumdur.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 10:17