AZ   |   RU
Ermənistanda hərbçi həbs edilib- Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur
 
Ermənistan İstintaq Komitəsi dövlətə xəyanətlə bağlı işin üzə çıxdığını açıqlayıb.


Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri (kiçik serjant) 43 yaşlı İrəvan sakini Ok.ru sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən hərbi xidmətə cəlb edilib.


İddiaya görə, o, 2023-cü ilin yanvar ayından həmin sosial şəbəkədə saxta hesabla fəaliyyət göstərən müəyyən şəxs - Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb.


“Sevgi” yazışmaları və əlaqəni davam etdirmək üçün erməni hərbçi rəsmi və dövlət sirlərini ehtiva edən bir sıra məlumatlar toplayaraq ötürüb.


Qeyd olunur ki, bu hərəkətlər Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə böyük ziyan vurub.


Hərbçi həbs edilib və Ermənistan Cinayət Məcəlləsinin dövlətə xəyanətdə (418-ci maddəsinin 1-ci bəndi) ittiham olunub.


İbtidai istintaq davam edir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 3-07-2024, 11:49