AZ   |   RU
Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulub

 

Rusiyanın Federal Vergi Xidməti rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.

Missiya.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Buna səbəb onun 297 milyon rubl borcunun olması bildirilir.

Qeyd edək ki, daha əvvəl Federal Vergi Xidməti Həbib Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.Onlardan biri də “Hikmət Travel” MMC-dir. Səbəb isə rəsmi sənədlərdə yer alan qeyri-müəyyən məlumatlardır. Onun hesabı xeyriyyə fondunun hesabı ilə birlikdə bloklanıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 1-07-2024, 12:57