AZ   |   RU
Putinin Türkiyəyə səfər edəcəyi vaxta aydınlıq gətirilib


Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi həyata keçiriləcək.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında hələ də həll olunmamış problemlər var, lakin onların həlli üçün siyasi iradə də var. Peskov Astanada Rusiya və Türkiyə liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq məsələlərdən da danışıb. "Putin və Ərdoğan yəqin ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Rusiya lideri və türkiyəli həmkarı arasındakı görüşdə Suriyadakı vəziyyətin müzakirə olunacağını, Moskvanın Suriyadakı vəziyyəti nizamlamaq üçün çox səy göstərdiyini əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 12:37