AZ   |   RU
WhatsApp 40-dan çox smartfona dəstəyi dayandıracaq: Bu modellər hansılardır?

 

Məşhur WhatsApp messenceri 2024-cü ildə 47 köhnə smartfon modeli, o cümlədən Samsung, Motorola, Huawei, Sony, LG və Apple kimi şirkətlərin smartfonları üçün yeniləmələrin buraxılmasını dayandıracaq. 

Missiya.Az xəbər verir ki , bu qurğular Google və Apple şirkətinin Android 5.0 və iOS 12 əməliyyat sistemlərinin köhnə versiyaları ilə işləyir .

Təsirə məruz qalan cihazların siyahısına 7 ildən artıqdır mövcud olan modellər daxildir, lakin bəzi istifadəçilər hələ də onlardan istifadə edir. Bununla belə, Meta (WhatsApp-ın sahibi) yeni cihazlara və yenilənmiş proqram təminatına diqqət yetirmək üçün onlara dəstəyi dayandırmaq qərarına gəlib.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 1-07-2024, 12:46