AZ   |   RU
Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsini məqsədəuyğun saymır

 

Ermənistanın baş naziri Nikol Paşinyan Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsini yersiz hesab edir. 


Missiya.Az "Tass"a istinadən xəbər verir ki, o, bu barədə Ermənistan Demokratiya Forumu zamanı danışıb.


Lakin  o bildirib ki, xalqının Avropa istəkləri var.


“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm də bəyan etmişəm ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. Əgər mən düşünsəm ki, Ermənistan xalqı bu fikri bölüşmür, mən belə bir bəyanatla çıxış etməzdim",-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az


 



\



  • 1-07-2024, 12:30