AZ   |   RU
"On ildir burada yaşayırıq, heç belə yanğın olmamışdı"

 

“On ildir burada yaşayırıq, heç belə yanğın olmamışdı. Hər şey yaxşıdır, biz yaxşıyıq. Yaşadığın yerin, evinin uzağı-yaxını olmaz. Hər yer sənin evindir". 


Misssiya.Az xəbər verir ki, bunu on ildir Türkiyədə yaşayan xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva sosial şəbəkə hesabında Kuşadasındakı baş verən yanğından danışarkən bildirib.


"Dünən səhərə qədər üzüntüdən yata bilməmişəm. Gördüyün mənzərə, meşə yanır, heç nə edə bilmirsən. Nəysə ki, səhərə yaxın söndürüldü. Geriyə ancaq üzüntü qalır. Yenə bir insanın cahilliyindən, axmaqlığından minlərcə heyvan, ağaclar yandı”,-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 1-07-2024, 10:27