AZ   |   RU
Türkiyədə sərnişin avtobusu aşdı: 11 yaralı var

 

Türkiyənin Uşak vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər yaralanıb.

Missiya.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hatay-İzmir səfərini edən Afyonkarahisar-Uşak avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu Göğem qovşağı yaxınlığında idarəetməni itirərək aşıb.

Qəzada yaralanan 11 sərnişin təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 1-07-2024, 09:39