AZ   |   RU
Azərbaycan manatının real effektiv məzənnəsi mayda azalıb


Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,3 bənd təşkil edib.


Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Bu, aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəlinə nisbətən 2,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 bənd çoxdur.

Bu il mayın sonuna manatın real effektiv məzənnəsi isə 120,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, illik müqayisədə isə 1,9 bənd azdır.




  • 29-06-2024, 10:48