AZ   |   RU
Türkiyədə qırmızı kateqoriyada axtarışda olan terrorçu zərərsizləşdirilib

 

Türkiyənin Batman çölündə həyata keçirilən "Bozdoğan-45" əməliyyatında 1-i qırmızı kateqoriyada axtarışda olan 2 terrorçu zərərsizləşdirilib. 


Missiya.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb. 


Məlumata görə, “Beritan Amara” kod adlı terrorçu Sultan Dağ rəhbər şəxslərdən olub. Digər zərərsizləşdirilən terrorçu "Zeynep Cudi" kod adlı Zeynep Nibat adlı şəxsdir.

Qeyd olunub ki, bu şəxslər Türkiyənin hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak edib.



Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-06-2024, 09:56