AZ   |   RU
“50-dən yuxarı bal toplamış müəllimlərin maaşları artırılmalıdır”- Fazil Mustafa


“İlk öncə onu qeyd etmək istəyirəm ki, Milli Qəhrəman Natiq Qasımovun anasına Prezident təqaüdünün verilməsi çox gözəl bir addımdır”. 


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu onu göstərir ki, gec də olsa hər şey öz qiymətini tapır: “Digər bir məsələni də qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələrin əksəriyyətində təhsil səfərbərliyi var. Məncə 44 günlük müharibədən sonra bizdə də təhsil səfərbərliyi elan edilməlidir. Müəllimlərin sertifikasiyası keçirilir, amma sanki ən zəif bənd müəllimlərdir. Müəllimlərim özünün də sertifikasiya imtahanından keçməsi üçün imkanı yoxdur. Sertifikasiya imtahanlarının özündə də qüsurlar var. Burada da dəyişikliklər olmalıdır. 50-dən yuxarı bal toplamış müəllimlərin maaşları artırılmalıdır”.


 Missiya.Az



  • 28-06-2024, 11:32