AZ   |   RU
Aİ Kiyevə Rusiya aktivlərindən 50 milyard dollar kredit verilməsinə razılıq vermədi

 

Avropa İttifaqı G7-nin Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək 50 milyard dollarlıq krediti təsdiq edə bilmədi. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel yekun mətbuat konfransında bildirib. 


Aİ diplomatiyasının rəhbəri Coseg Borellin qeyd etdiyi kimi, Aİ-yə namizəd ölkələr - Gürcüstan, Moldova və Serbiya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən gəlirlərin Kiyevə köçürülməsi qərarına qoşulmayıblar.


Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, AK Ukraynaya 1,9 milyard avro dəyərində maliyyə yardımı tranşı köçürüb.


Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi qeyd edib ki, Qərb ölkələrində dondurulmuş aktivlər çox güman ki, Rusiyaya heç vaxt qayıtmayacaq.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 28-06-2024, 11:36