AZ   |   RU
Qərb ölkələri Baydenin vəziyyətindən narahatdırlar

 

Qərb ölkələri ABŞ prezidenti Co Baydenin eks-prezident və dövlət başçısı postuna namizəd Donald Trampla debatda zəif olmasından təşvişə düşüb. 


Missiya.Az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. “Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəkətlərindən məyus olduqlarını və hətta narahat olduqlarını ifadə etdilər. Tramp özünün tipik qəribə açıqlamalarını versə də, Baydenin qəbul edilən zəifliyi daha da göz qabağında idi”. 


Bir avropalı diplomatın sözlərinə görə, Tramp yalan danışsa da, tamaşaçılar “ən azı onun nə dediyini başa düşdülər” və bu, Baydenin sözlərində belə deyildi. “Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir, Tramp isə şişirdir”, –avropalı diplomat bildirib. Qeyd olunur ki, Qərb dövlətləri Baydendən daha çox enerji gözləyirlər, lakin “diplomatlar arasında gecənin əsas söhbəti Amerika liderinin nə qədər yorğun və iradəsiz olması olub”. "Heç kimə sirr deyil ki, Bayden qocalıb və o, yaşını göstərir" deyə, nəşr vurğulayır. 


Elcan
Missiya.Az




  • 28-06-2024, 12:00