AZ   |   RU
Aİ liderləri Avropa institutlarında əsas vəzifələrə namizədləri təsdiqləyiblər
 
Aİ liderləri növbəti beş il üçün Avropa institutlarında yüksək vəzifələrə təyinatları təsdiqləyiblər.
 

Missiya.Az xəbər verir ki, bu barədə Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.


Ursula fon der Leyen 5 il müddətinə Avropa Komissiyasının rəhbəri, Estoniyanın baş naziri Kaya Kallas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta isə komissiyanın rəhbəri seçilib. 


Bildirilib ki, təyinat Avropa Parlamentində səsverməyə çıxarılacaq.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 28-06-2024, 12:09