AZ   |   RU
Türkiyənin 4 vilayətində terror əməliyyatı: 28 nəfər nəzarətə alındı

 

Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Bozdoğan-47" əməliyyatlarında 28 şübhəli ələ keçirilib.

Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya sosial media hesabında bildirib.

O, əməliyyatların Adana, Bursa, İstanbul və Manisa olmaqla 4 əyalətdə Təhlükəsizlik Müdirliyi tərəfindən generalın koordinasiyasında həyata keçirildiyini açıqlayıb. 

Yerlikaya əməliyyatlar zamanı külli miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal materialın ələ keçirildiyini qeyd edib.

Leyla SƏMƏNDƏR

Misisya.Az



  • 28-06-2024, 11:31