AZ   |   RU
Məşhurla şəkil çəkdirmək istəyən xanımın bu hərəkəti müzakirə yaratdı


Türkiyəli məşhur aktyor Burak Özçivitin yeni görüntüləri yayılıb.

Missiya.Az xəbər verir ki, səhnədə hicablı, üzü niqablı bir xanım aktyorla şəkil çəkdirərkən əli ilə ürək tutmaq istəyib. Burak onun həmin təklifini mədəni şəkildə geri çevirib. Daha sonra xanım səhnəni tərk edib.

Görüntülər sosial mediada yayılaraq müzakirə yaradıb. İzləyicilərin çoxu aktyorun hicablı xanımın bu hərəkətinə düzgün şəkildə qarşılıq verdiyini yazıblar.

Qeyd edək ki, o, tanınmış aktrisa Fahriye Evcənlə evlidir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 28-06-2024, 12:48