AZ   |   RU
Bu ölkədə 1800 nəfər çirkli suların yaratdığı xəstəliklərə yoluxub

 

Banqladeşin Moulvibazar bölgəsində yağan leysan yağışları nəticəsində baş verən daşqınlar 1800-dən çox insanın çirkli suların yaratdığı xəstəliklərə tutulmasına səbəb olub. 


Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, insanların ishal və dəri xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkildiyi müəyyən edilib.


Səlahiyyətlilər təxliyyə işlərinin davam etdiyi Moulvibazarda 100 mindən çox insanın evinin hələ də su altında qaldığını bildirib. 


Banqladeşin Koks Bazar və Mulvibazar bölgələrində yağan güclü yağışlar nəticəsində iyunun 20-də daşqın və torpaq sürüşməsi baş verib, 12 nəfər həyatını itirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 27-06-2024, 16:21