AZ   |   RU
Avropa İttifaqı Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

 

Brüsseldə keçiriləcək Aİ sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında uzunmüddətli təhlükəsizlik sazişi imzalanacaq.


Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Brüsseldə keçiriləcək Aİ sammitindən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.


 "Bu gün Ukrayna ilə ikitərəfli təhlükəsizlik müqavilələri imzalamaq imkanımız olacaq. Ukraynanı sona qədər dəstəkləmək niyyətində olduğumuz mesajını verə bilməyimiz çox vacibdir",-deyə o qeyd edib.


Mişel bir gün əvvəl başlayan Ukrayna ilə üzvlük danışıqlarına görə Zelenskini təbrik edib. 


Leyla SƏMƏNDƏR
Missiya.az



  • 27-06-2024, 17:02