AZ   |   RU
Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazırdır


“Azərbaycanla sülh müqaviləsi layihəsinin mətni demək olar ki, hazırdır”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallinndə estoniyalı həmkarı Maqnus Tsaxna ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.


“Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh sazişinin mətninin layihəsi demək olar ki, hazırdır. Ermənistan mətni yekunlaşdırmağa və bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, Ermənistan sülh gündəminə, Azərbaycanla münasibətlərin normallaşdırılmasına, 1991-ci il Alma-Ata bəyannaməsi əsasında iki ölkənin ərazi bütövlüyünün tanınmasına və bu bəyannamə əsasında demarkasiya prosesinin davam etdirilməsinə sadiq qalır. “Cənubi Qafqaz münaqişəsi səhifəsini bağlamağın və bu regionda sülhün bərqərar olmasının vaxtı çatıb. Biz aydın şəkildə inanırıq ki, bu sülh regionun bütün xalqları və ölkələri üçün faydalı olacaqdır”, - deyə Mirzoyan bildirib. O, qeyd edib ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitlikdə maraqlı olan tərəfdaşlarımızın güclü dəstəyini gözləyirik.


Zərintac Mayisqızı
Missiya.Az





  • 27-06-2024, 12:57