AZ   |   RU
Pendir istehlakı daha uzun yaşamağınıza kömək edə bilər...

 

Pendirin tərkibindəki zəngin qidalar və probiyotiklər sayəsində sümük sağlamlığını qoruduğu və immunitet sistemini gücləndirdiyi məlumdur. 


Çində aparılan yeni bir araşdırma pendir istehlakı ilə psixi sağlamlıq arasında güclü əlaqə olduğunu ortaya qoyub.


Bu, pendirin uzunömürlülük və sağlam yaşlanmaya müsbət təsir göstərə biləcəyini bildirir. Ümumiyyətlə, pendir sağlamlığa bir çox faydası olan qida kimi tanınır. Tərkibində bir çox vacib qida maddələri, xüsusilə zülal, kalsium, fosfor, selen, sink və B12 vitamini var. 


Bu, sağlam sümük inkişafı, əzələ funksiyaları, immunitet sisteminin gücləndirilməsi və enerji istehsalı kimi bədənin əsas funksiyalarını dəstəkləyir. Bundan əlavə, pendirin kalsiumla zəngin olması sümük sağlamlığını qorumağa və osteoporoz riskini azaltmağa kömək edir. 


Pendirin digər təsirli xüsusiyyəti tərkibində probiotik bakteriyaların olmasıdır. Probiyotiklər bağırsaq florasını tarazlaşdırmağa kömək edir və həzm sisteminin nizamlı işləməsini təmin edir. Bu, immunitet sisteminin güclənməsinə və ümumiyyətlə bədənin xəstəliklərə qarşı müqavimətinin artmasına kömək edə bilər. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 27-06-2024, 15:50