AZ   |   RU
Türkiyə ilə razılaşmaları həyata keçirməyin vaxtıdır – Ermənistan XİN
 
Əldə edilmiş razılaşmaları həyata keçirməyin vaxtı çatıb. 


Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallinndə estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi brifinqdə deyib.


O, həmkarına Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.


Erməni nazirin sözlərinə görə, türkiyəli tərəfdaşlarla dialoq nəticəsində diplomatik münasibətlərin qurulması, eləcə də üçüncü dövlətlərin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması ilə bağlı razılaşmalar əldə etmək mümkün olub.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 27-06-2024, 14:18