AZ   |   RU
“İranda azərbaycanlı namizədin qalib gəlmək şansı yüksəkdir"- Politoloq

 “İranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən 6 şəxsdən biri olan azərbaycanlı Məsud Pezeşkian prezidentliyə namizəd olan siyasətçilər ilə müqayisədə daha müsbət imicə sahib şəxs sayılır”. 


Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, onun korrupsiya və digər repressiyada adı hallanmır: “Daha çox azərbaycanlı türklərin haqlarını gündəmə gətirməklə fars millətçilərinin hədəfinə gəlir. Məsud Pezeşkian parlament tribunasından azərbaycanlıların haqlarını müdafiə edib. İslahatçı qanada mənsub olan azərbaycanlı namizədin qalıb gəlmək şansı yüksəkdir. Amma, İran siyasi sisteminə nəzarət edən SEPAH hakimiyyəti ona buraxacağı real deyil. 


Həmçinin Pezeşkian sistemin yetişdirməsidir və Ali dini rəhbər Xameneinin dəstəyi ilə seçki marafonuna qoşulub. Onu bu seçkiyə buraxmaqla Güney Azərbaycan seçicilərini prosesdə fəallığını artırmaq və seçki abu-havası yaratmaqdır. Həqiqətən Pezeşkian seçki kampaniyasını uğurla həyata keçirir və teledabatlar mübahisəli şəkildə davam etdirir. Bu da ölkədə "demokratik" bir seçki görüntüsü yaradır. İran hakimiyyət sisteminə bu lazımdır və ölkədə bir neçə ildir passiv seçki prosesini aktiv səviyyəyə keçirə biliblər. 


Təbii ki, Pezeşkian prezident seçilərsə, sistemin xəttindən kənar çıxa bilməz. Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına nail ola bilməz. Onun dedikləri reallıqları əks etdirsə də sadəcə, seçki prosesi üçündür və yerinə yetirilməsi üçün ilk növbədə sistemin icazəsi lazımdır. Ümumiyyətlə, İranda hakim sistem milli haqları tanımır. Pezeşkian digər namizədlər Qalibaf və Çəkilidən sorğulara görə irəlidədir. Amma, seçkilərdə Qalibaf yaxud Cəlili prezident elan oluna bilər”. 


Missiya.Az



  • 27-06-2024, 13:53