AZ   |   RU
Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb


Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasov polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb. 

Missiya.Az APA-ya isyinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Kəlbəcər rayon sakini R.Abbasov rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icrayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib. 


Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, R.Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir. 

Hazırda rayon polis şöbəsində R.Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.




  • 17-06-2024, 22:58