AZ   |   RU
İmtahana görə özünə qəsd edən abituriyent tanınmış müğənninin qohumu imiş


İmtahandan keçə bilmədiyinə görə intihar edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.

Missiya.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.

Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:


"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?"

Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird intihar edib.




  • 3-06-2024, 17:18