AZ   |   RU
Netanyahu həbs olunacaq?

“Tel-Əviv hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada törədilən soyqırım səbəbilə İsrailin baş naziri Benyamin Netanyahu və digər dövlət rəsmilərini həbs etmək icazəsini araşdırmaq üçün təcili dinləmə keçirib”. 


Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.


Bildirilir ki, İsrail höküməti Beynəlxalq Haaqa Məhkəməsinin Benyamin Netanyahu və digər yüksək rütbəli məmurların həbsinə dair hökm çıxara biləcəyindən narahatdır.


Netanyahu İsrailin təhdidlə üz-üzə qaldığını bildirib və təhlükələrə qarşı mübarizə aparmaq üçün daxili qüvvələri birliyə çağırıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 19-04-2024, 12:20