AZ   |   RU
Türkiyədə 42 şübhəli saxlanılıb

 

Türkiyədə 8 vilayətdə keçirilən "Mahzen-36" əməliyyatlarında Semed Ötünçün rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup məhv edilib. 

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Keçirilən əməliyyatlar zamanı qrup rəhbəri də daxil olmaqla, mütəşəkkil cinayətkar dəstənin üzvü olan 42 şübhəli saxlanılıb.

Əməliyyatlar nəticəsində 6 sənədsiz tapança, 5 ov tüfəngi, müxtəlif miqdarda narkotik vasitə və çoxlu sayda rəqəmsal material ələ keçirilib. 

"Sevgili millətimizin mütəşəkkil cinayət təşkilatlarını çökdürəcəyimizi və ədalət qarşısında qoyacağımızı bilməsini istəyirəm. Səhər və axşam saatlarında əməliyyatlarımız qətiyyətlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimiz, millətimizin duaları sizinlə olsun".

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-05-2024, 10:01