AZ   |   RU
Ukrayna Azərbaycanı sülh sammitində iştirak etməyə dəvət edib

Ukrayna Azərbaycanı qarşıdan gələn, iyun ayında İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştirak etməyə dəvət edib. 


Misiya.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk özünün “Facebook” sosial media hesabında paylaşım edib.


O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. 


“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə, o cümlədən enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 09:57