AZ   |   RU
İngiltərədə yerli seçkilərdə səsvermə başlayıb

 

İngiltərədə yerli seçkilərdə səsvermə başlayıb


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə və Birləşmiş Krallığın bir hissəsi olan Uelsdə insanlar 4 il müddətinə bələdiyyə başçılarını, şəhər şurası üzvlərini və polis komissarlarını seçmək üçün səs veriblər.


İngiltərədə yerli idarəetmələri müəyyən etmək üçün 107 seçki dairəsində səsverməyə gedən vətəndaşlar öz səsləri ilə London bələdiyyə sədrini, şəhər məclis üzvlərini və paytaxtdan kənarda 10 bələdiyyə sədrini təyin edəcəklər. 


Seçkilərdə Britaniya vətəndaşları, eləcə də Böyük Britaniyadakı Avropa İttifaqı (Aİ) və ya Birlik vətəndaşları yaşadıqları bölgələrdə səs verə biləcəklər.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-05-2024, 11:22