AZ   |   RU
Çində avtomobil yolunun çökməsi nəticəsində 36 nəfər ölüb


Çinin cənubundakı Quanqdonq əyalətində avtomobil yolunun bir hissəsinin çökməsi nəticəsində azı 36 nəfər ölüb.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Sinxua agentliyi” məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl 24 qurban və 30 yaralı olduğu bildirilimişdi.

Xatırladaq ki, hadisə çərşənbə axşamı Meizhou şəhərində baş verib, 18 avtomobil yoldan çıxaraq nəhəng çuxura düşüb.


Zərintac Mayisqızı
Missiya.Az



  • 2-05-2024, 12:11