AZ   |   RU
“Putin Ukraynada qalib gələ bilməyəcəyini anladıqda müharibə bitəcək” - Amerikalı general

“Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gələ bilməyəcəyini anladıqda müharibə bitəcək. Bunun üçün Qərb tərəfdaşları Ukraynaya kömək etmək üçün bütün mümkün səyləri birləşdirməlidir”.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri amerikalı general Ben Hodces deyib.


Putin Ukraynanın və Qərbin təslim olmayacağını başa düşdükdə münaqişə başa çatacaq.


O, bildirib ki, biz Ukraynanın qalib gəlməsinə kömək etmək üçün hər şeyi edəcəyik.


Onun sözlərinə görə, bu, Ukraynanın Rusiya qüvvələrini Krımdan çıxarmaq imkanı qazanmasına səbəb olacaq.



Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 12:18