AZ   |   RU
ABŞ və İsrail müdafiə nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Gallant arasında telefon danışığı olub.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, tərəflər Qəzzaya humanitar yardım axınının artırılmasını və məhbuslarla bağlı davam edən danışıqları müzakirə ediblər.


Pentaqon rəhbəri Rəfahda İsrailin hərbi əməliyyatına ehtiyac olduğunu bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 10:17