AZ   |   RU
“Fransa müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı xüsusi fəallıq nümayiş etdirib”

“Fransa Azərbaycandakı səfirini geri çağırıb. Beynəlxalq münasibətlərdə belə addımlarla bağlı müəyyən şərh vacibdir”.


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 


O, bildirib ki, Fransa parlamenti Azərbaycana qarşı vahid cəbhədən çıxış edərək, aşkar formada təcavüzkar Ermənistanı dəstəkləyib: “Fransa müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı xüsusi fəallıq nümayiş etdirib. Fransa Ermənistanı sürətlə silahlandırır və bölgəni yenidən qarşıdurma mərkəzinə çevirməyə çalışır”.


Missiya.Az



  • 19-04-2024, 11:32