AZ   |   RU
“NATO Ukraynadakı müharibəni dayandırmağa səy göstərmir”


“NATO Ukraynadakı müharibəni dayandırmağa kifayət qədər səy göstərmir”.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Billström deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın davranışlarına nəzarət etmək üçün daha çox iş görməlidir: “Biz başa düşməliyik ki, Rusiya məsuliyyətsiz davranan, dünyanı nüvə təhdidləri ilə üz-üzə qoyan dövlətdir. Biz buna son qoymalıyıq”.

Nazir Ukraynadakı müharibənin hələ də başa çatmamasına görə bəzi Qərb dövlətlərini ittiham edib: “Heç də bütün ölkələr təcili tədbirlərin görülməsinin vacibliyini dərk etmirlər”.

T. Billström onu da qeyd edib ki, Ukraynaya daha çox silah verilməsi sənaye potensialı yox, siyasi liderlik məsələsidir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 27-03-2024, 14:34