AZ   |   RU
Şolts NATO Baş katibi vəzifəsinə Rüttenin namizədliyini dəstəkləyir


Almaniya Kansleri Olaf Şolts NATO-nun Baş katibi vəzifəsinə Niderlandın baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rüttenin namizədliyini dəstəkləyir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl “Politico” qəzeti Rüttenin NATO-nun baş katibi postuna namizədliyini alyans üzvlərinin üçdə ikisinin, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin dəstəklədiyini yazmışdı.

Qeyd edək ki, NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq daha əvvəl 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını təsdiqləyib. Bu qərar ötən il iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitində təsdiq edilib.



  • 22-02-2024, 21:04